Goranboyda iş icraçısı rəis tərəfindən döyüldü

Goranboyda iş icraçısı rəis tərəfindən döyüldü
01:23 22 Fevral 2018
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda iş icraçısı döyülüb.

Nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/232035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR