Bu, bir xəzinədir - Mütəxəssislər ŞOK qiymət dedilər

İstanbul Vilayət Jandarm Komandanlığı keçirdiyi bir əməliyyatla Roma və Bizans dövrlərinə aid 1981 parça tarixi əsəri ələ keçirib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Aksaray bölgəsində apardıqları qaçaq qazıntı nəticəsində əldə etdikləri tarixi əsərlərə 1 milyon dollara alıcı axtaran şübhəli yaxalanaraq rəsmi qurumlara sövq edilib.

İstanbul Vilayət Jandarm Komandanlığı Aksarayda yaşayan D.C. Və G.Y. Adlı şəxslərin qaçaq qazıntı nəticəsində əldə etdikləri Roma və Bizans dövrlərinə aid tarixi əsərləri İstanbulda 1 milyon dollara bazara sürmək üçün müştəri axtardıqları məlumatını əldə edib.

Aparılan işlər nəticəsində, şübhəli şəxslərin tarixi əsərləri daşıdığı (68 BA 088) nömrəli maşınla İstanbul vilayət sərhədlərinə daxil olduğu aşkar edilib. Jandarm dəstələri tərəfindən təqibə alınan vasitə Çekmeköy mövqeyində dayandırılıb.

Aparılan aramalarda, maşının baqaj hissəsində 1981 parça tarixi əsər ələ keçirildi. Ələ keçirilən tarixi əsərləri araşdıran İstanbul Arxeologiya Muzeyi rəsmiləri əsərlərin Roma və Bizans dövrünə aid əsərlər olduğunu, Roma və Bizans dövrlərinin işıqlandırılmayan bəzi dövrlərinə işıq tutacağını bildiriblər.

Ələ keçirilən tarixi əsərlər 2863 saylı qanun çərçivəsində qoruma altına alınarkən, yaxalanan 2 şəxs həbs olunub.

Tural İsmayılov/ Metbuat.az

36 yaş böyük kişi ilə evləndi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR