“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və genişləndirilməsi perspektivləri, eləcə də ticarət dövriyyəsinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Nazirliklə Efiopiyanın vergi orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.