"Atletik" və "Spartak" azarkeşləri arasında iğtişaş zamanı bir polis ölüb, bir neçə nəfər yaralanıb

"Atletik" və "Spartak" azarkeşləri arasında iğtişaş zamanı bir polis ölüb, bir neçə nəfər yaralanıb
02:37 23 Fevral 2018
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının "Atletik" (İspaniya) və "Spartak" (Rusiya) arasında Bilbao şəhərində keçirilmiş 1/16 final matçından əvvəl fanatlar arasında baş vermiş iğtişaş zamanı bir polis əməkdaşı ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Correo" qəzeti yazıb.
Regional hüquq-mühafizə orqanları əməkdaşı ürəyi dayandıqdan sonra tibb müəssisəsinə aparılıb. Reanimasiyadan sonra o, ağır vəziyyətdə olub və sonra dünyasını dəyişib.
Qəzet yazır ki, matçdan əvvəl azarkeşlər arasında baş verən qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb. Əlavə olaraq, ən azı beş nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/atletik-ve-spartak-azarkesleri-arasinda-igtisas-zamani-bir-polis-olub-bir-nece-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR