Avropada kriptovalyutalar vasitəsilə ildə 4,5 mlrd. avro "çirkli pul" yuyulur

Avropada kriptovalyutalar vasitəsilə ildə 4,5 mlrd. avro "çirkli pul" yuyulur
17:37 23 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Avropada Kriptovalyutalar vasitəsilə ildə 3,4-4,5 mlrd. avro (4,2-5,5 mlrd. ABŞ dolları) "çirkli pul"un yuyulduğu ehtimal edilir. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Polis Təşkilatının ("Europol") rəhbəri Rob Veynrayt (Rob Wainwright) bildirib.
Onun sözlərinə görə, "Europol" hazırda bu qanundankənar fəaliyyətin qarşısını almaq üçün yollar axtarır. Qeyd edək ki, hazırda kriptovalyuta bazarında 7 467 valyuta var ki, onların da məcmu kapitallaşması 613 mlrd. dollar təşkil edir. 
Kriptovalyutaların ötürülməsi əməliyyatlarına nəzarətin çətin olması, narkotik və silah tacirlərinin diqqətini cəlb edir. Kriptovalyutalara Mərkəzi Banklıar tərəfindən nəzarət edilmədiyi üçün, təhlükəsizlik güclərinin də bu sektora müdaxiləsi mümkün deyil. "Europol"a görə, hər il Avropada yuyulan 113 mlrd. avro (139 mlrd. dollar) "çirkli pul"un 3-4%-i kriptovalyutaların payına düşür. Hazırda "bitcoin"i daha çox insan izlədiyi üçün cinayətkarların daha çox "monero" adlanan kriptovalyutadan istifadə etdikləri deyilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avropada-kriptovalyutalar-vasitesile-ilde-4-5-mlrd-avro-cirkli-pul-yuyulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR