ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında açılacaq

ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında açılacaq
22:49 23 Fevral 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında fəaliyyətə başlayacaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin  nümayəndəsi bildirib.

 

“May ayında səfirliyin Yerusəlimdə fəaliyyətə başlamasını planlaşdırırıq. Səfirlik hazırkı ABŞ Konsulluğunda yerləşəcək. Onun açılışı İsrailin 70 illiyinə həsr olunacaq”, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

 

Bundan əvvəl Reuters agentliyi İsraildəki mənbələrə istinadən səfirliyin mayda açılacağına dair xəbər yayıb.

 

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR