Pxençxan-2018: Norveç ABŞ-ı taxtdan saldı

Pxençxan-2018: Norveç ABŞ-ı taxtdan saldı
04:39 24 Fevral 2018
134 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir.

 

Apasport.az saytının məlumatına görə, ötən gün nüfuzlu turnirdə rekord qeydə alınıb.

 

Belə ki, kişilər arasında biatlon estafet yarışlarında Norveç komandası gümüş medal qazanıb. Bu, şimallıların sözügedən yarışda 37-ci medalı olub. 13 “qızıl”, 14 “gümüş” və 10 “bürünc” əldə edən Skandinaviya təmsilçisi sıralamada da birinci yerə yüksəlib. Bununla da Norveç ABŞ-ın Vankuver-2010 Olimpiadasındakı rekorduna ortaq olub. Həmin Olimpiya Oyunlarında ABŞ yığması da 37 (9-15-13) “qənimət” əldə etmişdi.

 

Qeyd edək ki, Cənubi Koreyada hazırda davam edən “Ağ Olimpiada”nın iki yarış günü qalıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR