Ötən gün 2 yaşlı qızını boğaraq öldürən ananın məhkəməsi keçirilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə 2 yaşlı övladını ərindən intiqam almaq üçün öldürən Cody-Anne Jackson (Kodi Ann Cekson) ömürlük azadlıqdan məhrum edilib.

Paul Hogan (Paul Hoqan) adlı 24 yaşlı oğlan Cekson ilə münasibətləri pozulduğuna görə evi tərk edib. O, xanımı ilə razılığa gələrək, həftə sonları uşağı görməyə gələcəyini və onun qeydinə qalacağını söyləyib.

Cekson ərinə bu hərəkətini bağışlaya bilməyib. O, hirsini 2 yaşlı qızından çıxıb. Belə ki, Cekson ərindən intiqam almaq üçün 2 yaşlı qızını yastıqla boğaraq öldürüb. O, daha sonra uşağın şəkillərini Paula göndərib və "Düşünürəm ki, onun son şəklini görmək istəyərsən" , "Son şəklin həzzini yaşa, məhkəmədə görüşənədək" yazıb.

Milli.Az cütlüyün şəkillərini təqdim edir:

Emin
Milli.Az