Su Çərşənbəsi ilə bağlı maraqlı adətlər

Böyük çillədən sonra Novruzun gəlişinin ilk carçılarından biri su çərşənbəsidir. Bayram məhz çərşənbələrdən başlayır.

Bu gün birinci - su çərşənbəsidir.

Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından, həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır. Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd bəlalarının bu su ilə gedəcəklərinə inanırlar.

Cəlilabad rayon sakini 78 yaşlı Surə Musayeva keçmişdə bu günü xüsusi əhval- ruhiyyə ilə keçirildiyini deyir. Onun sözlərinə görə, su üstünə gedən hər bir adam bütün dərdlərindən azad olarmış. Hətta Surə nənə onu da deyir ki, qızlar saçından kəsib axan çaya atırmış ki, bütün arzuları çin olsun. Axar çaydan gətirilən suyu quyulara, ağaclaraın dibinə, evlərə səpərmişlər ki, həmin il ruzili-bərəkətli olsun.

İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.

Bununla insanlar su ilə ünsiyyətdə olur, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.

Folklorşunasların fikrincə Su çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır. Bunu kainatın yaradılışı ilə də əlaqələndirirlər.

İllərin sücgəcindən keçərək bu günki günümüzə qədər gəlib çıxan Çərşənbələr indi də bayram kimi qeyd olunur.

Afaq Aslan ÜZR İSTƏDİ - “Səhvən paylaşdım...” - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR