Qardaşından boşanmaq istəyən gəlini boğdu - Dəhşətli cinayət/ FOTOLAR

Türkiyədə dəhşətli qətl baş verib.

Metbuat.az "Posta" qəzetinə istinadən bildirir ki, Antalyanın Manavgat rayonunda bir nəfər, xaricdə çalışan qardaşı ilə boşanma davası olan Qırğızıstan əsilli gəlinini boğaraq öldürüb.

İddiaya görə, dünən axşam Məmməd Ç xaricdə çalışan və bu gün boşanma işləri görüləcək olan böyük qardaşı Heydər Ç.nin həyat yoldaşı, 3 uşaq anası, Qırğızıstan əsilli Katerinanın evinə gedib.

Görüşdən əvvəl 3 qardaşı oğlunu öz evinə aparan Mehmet Ç. təkrar gəlininin evinə qayıdıb.

Məmməd Ç. bir müddət mübahisə etdiyi gəlini çıxan mübahisənin ardından boğaraq öldürüb.

Səhərə qədər gəlinləri Katerinanın cəsədinin başında gözləyən Məmməd Ç. səhər saatlarında polisə gedərək hadisəni danışıb.

Hadisə yerinə gələn polis, evdə Katerinanın cansız bədəni ilə rastlaşıb.

Polisin hadisə ilə bağlı araşdırması davam edir.

Tural İsmayılov/ Metbuat.az

http://matbuat.az/news/906654/her-gun-4-litr-su-icsek-ne-bas-verer.html



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR