"Bütün maraqlanan tərəflər, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycan prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər demokratik və şəffaf şəkildə keçirilir və istənilən tərəf bu prosesdə müşahidə apara bilər: "Bu format axıra kimi davam edəcək. Onlar nə vaxt istəsələr prosesdə iştirak edəcəklər".

Milli.Az