Öz gözlərini oydu

ABŞ-da dəhşətli hadisə yaşanıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-da yaşayan və narkotik problemləri yaşayan 20 yaşındakı qadın iki fərqli maddəni birlikdə alıb, hallyusinasiya görəndə isə gözlərini öz əlləri ilə oyub.

20 yaşlı Kaylee Muthart adlı qadın, 6 fevralda bir kilsənin yaxınlığında bağırarkən tapılıb. Qadının hər iki gözü ovucunda olub.

İki narkotik maddəni qarışdıran qadın hallyusinasiya görməyə başlayıb. Başının içində əks-səda verən səsin ona "gözlərini fəda et" dediyini söyləyən gənc qadın, narkotik maddələrin təsiri ilə gözlərini yuvalarından çıxarmağa çalışıb və qanlar içində qalıb.

"Greenville Memorial Xəstəxanası"na aparılan qadını sakitləşdirmək üçün polis çağırılıb.

Gənc qadının iki gözünün də tamamilə kor olduğu bildirilərkən, gündəlik həyatında ona yardımçı olması üçün bir bələdçi it almaq məqsədilə ianə kampaniyası keçirilib.

Kampaniyada bu günə qədər 7 min dollardan artıq pul toplandığı bildirilir.

Tural İsmayılov/ Metbuat.az

Bunu da oxu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR