Monakonun paytaxtı Monte-Karlodakı "Salle des Etoiles" otelində "Laureus World Sports Awards" mükafatlarını təqdimat mərasimi keçirilib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, mərasimə qatılanlar arasında tennisçilər Martina Navratilova və Boris Bekker, fiqurlu konkisürən Katarina Vitt, gimnast Nadya Komaneçi, dünya vindserfinqinin əfsanəsi Robbi Neyş, gimnast Aleksey Nemov, tennisçi Roje Federer, futbolçu Andre Villaş-Boaş, veloyürüşçü Fabian Kançellara, futbolçu Luiş Fiqu və başqaları vardı.

Dünya idmanının canlı əfsanələrini Monako şahzadəsi 2-ci Albert və xanımı, şahzadə Şarlğin qarşılayıblar. Mərasimin aparıcısı məşhur britaniyalı aktyor Benedikt Kamberğbetç idi.

59 yaşlı şahzadə 2-ci Albert ağ krossovkalarda olsa da, 40 yaşlı Şarlin çox zərif və mühafizəkar stildə idi.

O, Monakoya xanımı Sofi Hanterlə birlikdə yollanmışdı.

"Laureus World Sports Awards-2018"in əsas, "İlin idmançısı" nominasiyasında Roje Federer qalib gəlib. Ona "İlin qayıdışı" mükafatı da verilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlin idmançıları Monakoda seçildi - FOTOЛегенды спорта собрались в Монако на вручение премии Laureus World Sports Awards-2018.