Həmkəndlisini tüfənglə yaralayan Ağstafa sakini saxlanılıb

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən rayon sakini Rauf Niyazov bud nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Qurbanov saxlanılıb, onun yaşadığı evin zirzəmisinə baxış zamanı “İJ-12” markalı tüfəng aşkar edilərək götürülüb.

RPŞ tərəfindən araşdırma aparılır.

2 yaşlı uşağın bu şəkildə qaçırılması polisi şoka saldı - Anbaan VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR