Play Store

Dövlət qurumlarının əməkdaşları üçün təlim keçirilir - Saxta sənədlərlə bağlı

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi və Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın bir sıra dövlət qurumlarının əməkdaşları üçün təşkil edilmiş saxta sənədlərin identifikasiyası mövzusunda iki günlük təlim öz işinə başlayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, 2014-cü ilin 1 sentyabr tarixindən etibarən Avropa İttifaqının əsas, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun və Dövlət Miqrasiya Xidmətinin müştərək maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş təlimdə Nazirlər Kabinetinin, Xarici İşlər, Daxili İşlər, Müdafiə və Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat və Dövlət Miqrasiya Xidmətlərinin, eləcə də Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edir.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi, səfir Faiq Bağırov təşkil olunmuş təlimin əhəmiyyəti barədə danışıb. F.Bağırov saxta sənədlərin, xüsusilə səyahət sənədlərin və vizaların saxtalaşdırılmasının qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsi, həmin sənədlərin identifikasiyası sahəsində Azərbaycan Respublikasının dövlət qurumlarının potensialının gücləndirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin təşkil olunmasının vacibliyini vurğulayıb. Bu xüsusdə, təlimin təşkilinə görə BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə öz təşəkkürünü bildirən F.Bağırov, bu sahədə gələcəkdə birgə silsilə tədbirlərin təşkil olunacağına ümid etdiyini bildirib.

BMqT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak saxta sənədlərin istifadəsinə qarşı mübarizənin gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın, BMT-nin və müvafiq qurumların birgə fəaliyyətinin zəruri olduğunu deyib. Bu sahədə fəaliyyət göstərən Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələrinin təlimdə iştirakını müsbət qarşılayan S.Aktoprak, təlimdə iştirak edəcək Avstriya Respublikasından olan ekspertlər barədə məlumat verib.

Tədbir zamanı səyahət sənədlərinin təhlükəsizlik elementləri, çap texnikaları, bu sahədə biometrik məlumatların tətbiqi və saxta sənədlərlə bağlı aktual trendlər kimi vacib mövzularda təqdimatların edilməsi gözlənilir. Təlim iştirakçılarına saxta sənədlərin identifikasiyası mövzusunda maarifləndirmə materialları təqdim olunub.

30 ildir ki, ölmüş anasının mumiyası ilə yaşayır və... - Dəhşətli hadisə / VİDEO + FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR