Ögey oğlunu hörümçək zənn edib

Avstraliyanın Melburn şəhərində yaşayan Dvayne Lindsey adlı şəxs ögey oğlunu hörümçək zənn edərək öldürüb.

Metbuat.az xəbər verir ki, cinayətdə ittiham olunan Lindsey hadisənin saat 16:00 radələrində baş verdiyini və sinəsində yatan 6 aylıq körpəni hörümçək zənn edərək atdığını bildirib. Uşağın başı öncə sandığa, oradan isə isidiciyə çırpılaraq ölüb.

Uşağın anası Anna Mişel Dearinq Lindsey ilə evlənməyi düşündüklərini, hətta keçən gecə sevgilisinin ona evlilik təklif etdiyini deyib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Lindseyin ruhi vəziyyətinin yerində olmadığı bildirilib.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR