Bir neçə saniyəyə 31 kilo "kökəldi"

Peruda dəhşətli hadisə baş verib.

Metbuat.az "HaberTürk"ə istinadla xəbər verir ki, Perulu balıqçı Alejandro Ramos əsrarəngiz bir hadisə ilə qarşı-qarşıya qalıb.

İddiaya görə; Ramos dənizə daldıqdan sonra bədəni şişməyə başladı. Dalma qəzasından sonra Ramosun vücudundakı şişkinlik dörd il boyunca heç enmədi. Həkimlər bu maraqlı vəziyyətin arxasında nə durduğunu araşdırır.

31,7 KİLO ALIB YUXARI ÇIXDI

Ramos, dəniz canlıları toplamaq üçün dənizin dibinə getdiyini, ancaq yuxarı çıxarkən 31.7 artıq kiloqramla qayıtdığını deyib. Ramosun etdiyi ölümcül xəta yuxarıya çox sürətli çıxmaq olub. Beləliklə, qandakı azot nəhəng qabarcıqlarla orqanizmin qabarmasına səbəb olub.

Ötən il Alejandronun oksigen müalicəsi gördüyü və beləliklə, bədənindəki azotun 30 faiz azaldığı açıqlanmışdı.

Azotu Alejandronun bədənindən çıxarmaq üçün əməliyyat düşündülər, ancaq əməliyyatın çox çətin olacağından qorxduqları üçün imtina etdilər. Həkimlər dörd il keçməsinə baxmayaraq hələ də xəstəliyi araşdırırlar.

Alejandro əzab çəkir və qəzadan dolayı zorla yeriyir. Bundan başqa ciddi hipertansif xəstəliklərdən də əziyyət çəkdiyi bildirilir.

Tural İsmayılov/ Metbuat.az

Bunu da OXU!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR