Yanacaqdoldurma məntəqəsində cinsi əlaqə

ABŞ-da baş verən qətl hadisəsi ölkə gündəmində müzakirə olunur.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın San Antonio şəhərində 19 yaşlı sevgilisini cinsi əlaqə əsnasında sərt davranaraq öldürən Mark Howerton adlı adam təcavüz və cinayət iddiası ilə həbs olunub.

22 yaşlı Howerton, Cayley adlı qızı öldürdüyü iddiasını rədd edərkən girdikləri sərt cinsi əlaqə nəticəsində qızın həyatını itirdiyini ifadə etdi. Gənc adam San Antonio şəhərində bir musiqi festivalında sevgilisinin köhnə sevgililəri haqqında mübahisə etməyə başladıqlarını və bu müddət ərzində Cayley adlı qızın ifrat dərəcədə içki içdiyini söyləyib.

BENZİN STANSİYASINDA ƏLAQƏYƏ GİRMƏK ÜÇÜN DAYANIBLAR

Howerton sevgilisi ilə cinsi əlaqəyə girmək üçün bir benzin stansiyasında dayandıqlarını danışarkən, girdikləri münasibəti "sərt" və "kobud" kimi xarakterizə edib. Əlaqədən sonra gənc qız özünü yaxşı hiss etmədiyini deyib. Howerton onu dərhal xəstəxanaya apardığını söyləsə də, həkimlər 19 yaşlı qızın beyin ölümünün baş verdiyini ifadə edib.

Gənc qızın dostu polisə verdiyi ifadədə, Howertonın bir zamanlar gənc qızın yataqxana otağını darmadağın etdiyini və onu eyvandan atmaqla təhdid etdiyini söylədi.

Cayley adlı qızın sevgilisindən qorxduğunu dəfələrlə dediyi öyrənilib.

Həkimlər rəydə bildirib ki, qızın bədəni başdan-ayağa çürüklər və zolaqlarla örtülmüşdü və hər iki göz qapağı da şişmiş və çürümüşdü.

Howertonın vəkili müvəkkilinin günahsız olduğunu iddia edib.

Tural İsmayılov/ Metbuat.az

Bunu da OXU!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR