Soyuqdəymənin qarşısını alır, çayını için

Diş məcunlarında istifadə olunan mixəyin sağlamlığa faydaları saymaqla bitmir.

Metbuat.az xəbər verir ki, mixək qrip və soyuqdəymə zamanı faydalıdır. Boğaz ağrılarını aradan qaldırır. Ağız içində yaranan yara və mikrobları öldürmək üçün mixək çayı ilə qarqara edə bilərsiniz.

Mixək yağı xüsusilə səhərlər ürəkbulantısı yaşayanlar üçün faydalıdır. Qusma zamanı mixək yağının ağızdan alınması məsləhət görülür. Ancaq deyilənə görə, qərənfil tozunu xurma və ya bal ilə qarışdırıb yemək daha əlverişlidir. Qərənfildən çay hazırlayıb içmək də faydalıdır.

İçdiyiniz çaya əlavə edəcəyiniz mixək sresslə mübarizədə sizə kömək edəcək.

Mixəyi su ilə qarışdıraraq ya da çay kimi içdiyiniz halda qarın bölgəsində və bağırsaqlarda meydana gələm şişkinlikdən xilas ola bilərsiniz.

Mixəyin faydaları bununla bitmir. Mixək saç köklərini qidalandırır və tökülməyə mane olur. Bundan başqa, o saça təbii və sağlam görünüş qazandırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR