Məşhur idmançı protein dərmanlar içdi

Türkiyədə məşhur qol güləşçisi protein dərmanlardan içdiyi üçün vəfat edib.

Metbuat.az "Milliyet TV"-yə istinadən bildirir ki, Adanada zülal və əzələ dərmanları istifadə edən 2012-ci ildə bilək güləşi müsabiqəsində Türkiyə birincisi olan milli idmançı Çingiz Aydoğan məşq edərkən həyatını itirib.

Verilən məlumata görə, hadisə 5 Mart günü Çukurova rayonuna bağlı Güzelyalı Məhəlləsində baş verib. 2012-ci ildə Türkiyə Bilək Güləşi biri olan Çingiz Aydoğan (39) öz idman zalında qarşıdakı günlərdə yenə Türkiyə daxilində keçiriləcək olan bilək güləşi turnirinə qatılmaq üçün məşq etməyə başlayıb.

Aydoğan bir müddət məşq etdikdən sonra yerə yıxılıb. İdman zalının həkimi Aydoğana müdaxilə edib, ancaq yetərli olmayınca hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xüsusi bir xəstəxanaya aparılıb.

Aydoğan xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR