"Azərenerji" ASC “Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlığın dayandırılmasına haqqında xəbərə rəsmi münasibət bildirib.
Bu barədə Publika.az-a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.
O bildirib ki, qurum buna heç bir ehtiyac görmədiyi üçün əməkdaşlığın sonlandırılması haqqında qərar qəbul edib:
“Burada heç bir neqativ məqam yoxdur. Xüsusi səbəb axtramaq da lazım deyil. Tərəflər qarşılıqlı şəkildə anlaşaraq, hörmətlə ikitərəfli razılıq əsasında belə bir qərar qəbul ediblər. Son illər "Azərenerji" ASC-nin gördüyü genişmiqyaslı işlər göz qabağındadır”.
Yəhya Babanlı onu da əlavə edib ki, görülən bütün irimiqyaslı tədbirləri hər hansı bir reytinq üzrə dəyərləndirmək və ya müəyyən çərçivəyə salmaq özü də düzgün deyil:
“Biz bu günə qədər bizimlə əməkdaşlıq etmiş bütün tərəfdaşlarımıza minnətdarlığımızı bildirmişik".
Y.Babanlı onu da söylədi ki, "Azərenerji" hələlik heç bir reytinq agentliyi ilə əməkdaşlığa hazırlaşmır.
Könül Cəfərli