Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son oyun günü iki matç baş tutacaq. Əvvəlcə “Bayıl Arena”da debütant “Səbail” ilə “Sumqayıt” üz-üzə gələcək.
Həftənin mərkəzi oyunu “Azərsun Arena”da olacaq. Burada lider “Qarabağ”la “Zirə” qarşılaşacaq. Hazırda 45 xalla zirvədə qərarlaşan Ağdam klubu “üçlüyü” qapayan qəsəbə təmsilçisini 13 xal qabaqlayır. Üstəlik, bu komandaların çempionat oyunlarındakı statistik göstəricilərində də son çempionunun dominantlığı aşkar görünür. “Zirə” “Qarabağ”la əvvəlki 10 dueldə qələbə qazana bilməməklə yanaşı, son 4 səfər qarşılaşmasında qol da vura bilməyib.
Azərbaycan Premyer Liqası. XIX tur
10 mart
17:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”