Özcan Dəniz 20 yaş kiçik sevgilisi ilə evləndi

Məşhur türkiyəli müğənni Özcan Dəniz 25 yaşlı hamilə sevgilisi ilə villasında evlənib.

Metbuat.az xəbər verir ki, Özcan Dəniz özündən 20 yaş kiçik sevgilisi Feyza Aktan ilə 8 Mart Beynəlxalq Qadınlar Günündə evlənib. Cütlüyün Zəkəriyəköydəki dəbdəbəli villasında hazırlanan nikaha 15 nəfər qatılıb. Nikah şahidləri isə ailə dostları olub.

Özcan və Feyza cütlüyü 1.5 ay sonra dünyaya gələcək oğullarının adınının Kuzey olacağını açıqlayıblar.

Cütlük bal ayına oğulları Kuzey doğulduqdan sonra birlikdə gedəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR