Avropa Parlamentinin Afrin qərarına Türkiyədən

Türkiyə Xarici işlər Nazirliyi Avropa Parlamentinin (AP) "Türk ordusunun Suriyadan çəkilməsi" ilə əlaqədar verdiyi Afrin qərarı ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, nazirlik açıqlamasında "AP obyektivlikdən uzaq olduğunu bir daha göstərdi. Bu qərarı qəbul etməyimiz mümkün deyil. "Zeytun budağı" əməliyyatı bir mübarizə hərəkatıdır. Türkiyənin terrorla mübarizəsi sonuna qədər davam edəcək"-deyib.

Qeyd edək ki, Avropa Parlamentindəki Xristian Demokrat, Sosial Demokrat, Mühafizəkar, Liberal və Yaşıllar qrupları tərəfindən hazırlanan Türkiyəyə "Afrindən çəkil" mesajını verən Suriya layihəsi Strasburqda səs çoxluğu ilə qəbul edilib.

Səsvermə öncəsi AP-nin kommunist və neo-kommunist partiyalarından ibarət Avropa Birləşmiş Solçular qrupu tərəfindən təqdim olunan və 241-ə qarşı 372 səslə qəbul edilən dəyişiklik ilə mətndə Afrin haqqında yer alan bənd sərtləşdirilib.

Mətnin bu hissəsinə, "Avropa Parlamenti Türkiyənin Suriyada kürdlərin nəzarətində olan bölgələrə qarşı müdaxiləsindən dərin kədər duyduğunu ifadə edir" şəklində bir cümlə də əlavə olunub.

Xatırladaq ki, dünən səsvermə öncəsi danışan Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin "Afrindən çəkilin" çağırışına, "İşimiz bitmədən çıxmayacağıq" cavabını vermişdi. Prezident Ərdoğan, "Boşuna həvəslənməyin, işimiz bitmədən çıxmayacağıq. Orada işimiz bitəcək. 3,5 milyon Suriyalı bizim ölkəmizdə yaşayır. Bu sözlər bizim bir qulağımızdan girib digərindən çıxar" ifadələrini işlətmişdi.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR