Zorladığı qadının qızını qaçırdı

ABŞ-da dəhşətli hadisı yaşanıb.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Cənubi Karolina əyalətində 37 yaşındakı Thomas Lauton Evans Jr adlı adam iki uşağını məktəbə aparıb, evinə qayıdan qadını evinə çatana qədər izlədi.

Evə girən adam Sharon Hayden adlı 39 yaşındakı anaya təcavüz edib, daha sonra 4 yaşındakı qızını da təcavüz etmək üçün qaçırdıb.

Axtarışlardan sonra polis ağaclıq bir ərazidə avtomobildə qızı adamın yanında yatmış şəkildə tapıb. Polisi görən adam qızı endirib, avtomobili ilə sürətlə uzaqlaşıb. Polis daha sonra adamı əlində benzin ilə yol kənarında yeriyərkən yaxalayıb, nəzarət altına alıb.

Təcavüzçü adamın ömürlük həbs cəzası alması gözlənilir. Adamın daha əvvəl də təcavüz və adam öldürməyə cəhd kimi cinayətlərdən həbs yatdığı bildirilib.

Günay Sadıxova/ Metbuat.az

Buna da BAX!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR