Azərbaycanda yaradılan azad iqtisadi zonada fəaliyyət göstərmək istəyən şirkətlərin qeydiyyatına parlamentdə müvafiq qanunun qəbul edilməsindən sonra başlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin rəhbəri Taleh Ziyadov deyib.

O xatırladıb ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan uğurla keçib:

"Üçüncü oxunuşdan və qanunun qəbulundan sonra şirkətlərin qeydiyyatına başlanacaq. Düşünürəm ki, bu proses ilin sonunadək başlayacaq".

Milli.Az