“Qarşıma şərt qoyurlar ki...” – Səyyad Əlizadəyə təklif - VİDEO

“Qarşıma şərt qoyurlar ki...” – Səyyad Əlizadəyə təklif - VİDEO
20:23 16 Mart 2018
231 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Səyyad Əlizadə maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, müğənni bayram ərəfəsində Dərbənd şəhərində konsert proqramı ilə çıxış edəcəyini deyib. S.Əlizadə konsert üçün onu Avropaya dəvət edənlərin qoyduğu şərti də açıqlayıb:

“Neçə illərdir, konsert üçün Dərbənd şəhərinə dəvət edirlər. Bu il razılıq verdim. Martın 19-u Dərbənddə “Bəyaz gecələr” adlı solo konsertim var. İki günlük səfər olacaq, sonra isə Azərbaycana geri dönəcəm. Avropadan da konsertlə bağlı təkliflər gəlir. Fransadan, Almaniyadan, İsveçdən, Norveçdən təkliflər var. Ancaq qarşıma şərt qoyurlar ki, tək gəlin. Mən heç vaxt bunu qəbul etməmişəm. Onlara deyirəm ki, əgər gəlirəmsə ora, mənim ansamblım da gəlməlidir”.

Son olaraq isə Səyyad Əlizadə müğənni Elnur Məmmədovun yeni il ərəfəsində onun “Bəyaz gecələr” mahnısına müraciət etməsinə münasibətini bildirdi:

“Elnur istedadlı müğənnidir, üstəlik yaradıcı müğənni olacaq. O, mənə dedi ki, “Bəyaz gecələr” mahnısına müraciət etmək istəyirəm. Dedim ki, oxu. Əgər mahnı sevilirsə, oxunmalıdır. Elnurun ifasına efirdə yox, internetdə baxdım. Normaldır. Yanaşma fərqlidir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/234572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR