Uşaqlarına dərs deyən riyaziyyat müəlliminin əxlaqsız film ulduzu olduğunu öyrənən valideynlər dəhşətə gəliblər.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Esseks qraflığındakı "Peacehaven Community School"da riyaziyyat müəllimi işləyən 50 yaşlı Scott Sherwood-un (Skot Şervud) başqa adla porno filmlərə çəkildiyi məlum olub.

Bunu öyrənən şagirdlər təəccüblənib, valideynlər isə qorxuya düşüblər. Onlar müdriyyətə müraciət edərək müəllimin istefasını tələb ediblər.

Müdriyyət bildirib ki, məsələ aşkarlanandan sonra Skot məktəbə gəlmir.
Qeyd edək ki, həmin müəllim bir müddət əvvəl müsahibəsi zamanı "pornoya çəkilmək ikinci iş kimi mükəmməldir" söyləmişdi.
Emin
Milli.Az