Play Store

Novruzu İrəvanda qeyd edən azərbaycanlılar: "Bilsələr ki, azərbaycanlıyıq..." / VİDEO

Son illər Novruz bayramı tətillərini xaricdə keçirən İran vətəndaşlarının bir qismi qonşu Ermənistana üz tutur.

Turizm üzrə Ermənistan Dövlət Komitəsinin məlumatına görə, il ərzində Ermənistana baş çəkən təxminən 1,3 milyon turistdən təxminən 18 faizini İran vətəndaşları təşkil edir.

İranlı turistlərinin böyük hissəsi Ermənistanda martın 15-dən sonrakı üç həftə ərzində olur.

Qonaqların rahatlığı üçün yol nişanları, nəqliyyat və məişət xidmətləri barədə fars dilində lövhələr hazırlanıb.

İranlı qonaqlar Ermənistanın görməli yerlərinə və Dağlıq Qarabağa səyahətə, vaxtlarını restoranda keçirməyə dəvət olunur.

Bu günlər onlar üçün öz ölkələrində qadağan olunmuş və Qərbdə yaşayan ifaçıların iştirakı ilə konsertlər təşkil edilir.

Bu il də iranlı qonaqlar Yerevan Novruz konsertlərinin daimi iştirakçıları Ququş və erməni mənşəli İran müğənnisi Əndini dinləməyə dəvət olunurlar.

Yerevanın bir çox yerlərində onların afişalarına rast gəlmək olar.

Novruz bayramını Yerevanda keçirən İran vətəndaşları arasında azərbaycanlılar da az deyil./ BBC



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR