Britaniyanın ən məşhur futbolçularından biri, hazırda "Everton" klubunun heyətində çıxış edən Ueyn Runi İngiltərənin Çeşir qraflığında yeni, nəhəng və lüks malikanə inşa etdirir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Mançesterin yaxınlığındakı malikanənin inşası 20 milyon funt-sterlinqə başa gələcək.
40 hektarlıq ərazidə malikanə tikdirmək ideyasının səbəbinin Ueyn və Kolin Runilərin Çeşirdə hazırda yaşadıqları malikanənin 2016-cı ilin avqustunda quldurun hücumuna məruz qalması idi.
Prestberidəki bu malikanənin dəyəri 6 milyon funt-sterlinqdir.
Yeni malikanədə 6 yataq otaqlı əsas bina, futbol meydançası, 12 metr uzunluqda hovuz, cakkuzi, şərab anbarı, bar otağı, idman zalı, mini-kinoteatr, 15 cins at üçün tövlə var.
Ueyn Runinin dediyinə görə, bu evi oğulları Kay, Kley, Kit və Kas Mak üçün tikdirir.
Milli.Az