Tel Rıfat əməliyyatı başladı - VİDEO

Mehmetçik və ASO hərəkətə keçdi, Tel Rıfat əməliyyatı başladı.

Metbuat.az-ın verdiyi məlumata görə, “Zeytun budağı” hərəkatında Afrindən sonrakı hədəf olan bölgənin alınması üçün hərəkətə keçilib. Afrinin şərqindəki ərazi Tel Rıfatın YPG-li terroristlərdən təmizlənməsi üçün gözlənilən əməliyyat başlayıb.

Yerli qaynaqlar türk özəl qüvvətlər əsgərlərinin və Azad Suriya Ordusu (ASO) güclərinin bugün hərəkətə keçdiyini bildirib. Tel Rıfat “Fırat Qalxanı” hərəkatı ilə terroristlərdən təmizlənən Mare və Afrin arasında yer alıb.

20 Yanvarda başlayan “Zeytun budağı” hərəkatı Tel Rıfatın alınması ilə tamamlanacaq.

İxlas xəbər ajansı bugünkü xəbərində hədəfin Tel Rıfata doğrulduğunu bildirib. Ajans ASO- ya bağlı 10 min silahlı qüvvənin əməliyyata qatılacağını deyib.

Şənbə günü yerli xalq “Türk əsgəri bizi də xilas etsin” şüarı ilə nümayiş təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR