Bir müddət əvvəl Bakı-Tiflis Qars dəmir yolunun istifadəyə verilməsi 21-ci əsrin əsas layihələrindən birinə və regionda hər üç iştirakçı ölkə üçün tarixi hadisəyə çevrildi. O, təkcə regional dövlətlər arasında dəmir yolu sahəsində əməkdaşlığı ciddi şəkildə gücləndirmədi, həm də bu ölkələrin vətəndaşları arasında özünəməxsus körpüyə çevrildi. Ən vacibi isə odur ki, yeni dəmir yolu xətti təkcə ölkələri deyil, qitələri birləşdirir.
Milli.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Day.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hətta bu dəmir yolu xətti mövcud olmasaydı belə, Azərbaycan tərəfdaş ölkələrlə ticarət dövriyyəsini artıra bilərdi. Lakin BTQ Asiya ilə Avropa arasında ən qısa nəqliyyat daşınmaları marşrutu oldu: "Bu marşrut regionda inkişafı daha da sürətləndirəcək və Avrasiyada iqtisadi-ticarəti münasibətləri daha da fəallaşdıracaq.
BTQ təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, yeni və perpsktivli nəqliyyat dəhlizinin istifadəsində maraqlı olan digər ölkələr üçün də geniş imkanlar açacaq. Bu cür ölkələrin sayı artır və bu da qanunauyğun və gözlənilən faktdır".

C.Qurbanov qeyd edib ki, indiki mərhələdə Türkməniztan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistan BTQ dəmir yolu layihəsinə qoşulmaq üçün maraq göstərib: "Fikrimcə, bu, gələcəkdə bu nəqliyyat dəhlizinə qoşulacaq ölkələrin hələ tam siyahısı deyil.
BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında sualtı tunelin inşası, beləliklə də transavropa və transasiya dəmir yolu şəbəkələrinin inteqrasiyası Avropa və Asiyaya təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən yük və sərnişin daşımalarını təmin etmir, həm də regionun tranzit imkanlarını açır".
Yusif Nəsirli
Milli.Az