Xalq artisti Fatma Mahmudova uşaqlığı ilə bağlı Milli.Az-a etiraf edib.
Aktrisa uşaqlıqda davakar olduğunu bildirib:
"Orta məktəbdə oxuyanda çox davakar idim. Oğlanları da döyürdüm. Kimi döymək lazım gəlirdisə, deyirdilər ki, Fatmanı çağırın. Nəinki qızlar, oğlanlar da məndən kömək istəyirdilər. Bir də görürdün ki, bir oğlan gəlib ki, filan sinfin oğlanları mənə sataşır. Deyirdim ki, gəlin getdik onu döyməyə (gülür)".
Əli Rəhimoğlu
Milli.Az