Play Store

Ukraynanın 13 diplomatı Rusiyadan çıxarılır

Ukraynanın Rusiyada fəaliyyət göstərən 13 diplomatı ölkədən çıxarılır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, bu gün Rusiya 10 ölkənin (Estoniya, Latviya, Litva, Çexiya, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının ölkədən çıxarılması barədə qərar verib.

Bu barədə həmin ölkələrin səfirlərinə Rusiya XİN-ə çağrılaraq bildirilib.

Belə ki, Rusiya 3 çexiyalı, 1 latviyalı, 3 litvalı, 4 polşalı, 2 italiyalı və 1 finlandiyalı diplomatın ölkədən çıxarılması barədə bəyan edib.

Bundan başqa, İsveçin 1 diplomatı və Estoniyanın hərbi attaşesi Toomas Peda da Rusiyadan çıxarılır.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

İlk olaraq isə həmin işlə əlaqədar Böyük Britaniya 100 rusiyalı diplomatı ölkədən çıxarmışdı.

Raket və artilleriya bölmələrinin təlimləri davam edir - VİDEO / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR