Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, aprelin 1-də saat 17 radələrində Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində qəsəbə sakini Yusif Dadaşzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və zərbədən yanğın baş verib.

Nəticədə Y.Dadaşzadə və sərnişinlərindən qəsəbə sakini Rəşad Rüstəmov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar RPŞ tərəfindən aparılır.

Şəmkirdə ağır yol qəzası - ÖLƏN VAR – TIKLAYIN!