Bakı bulvarında qəribə olay: gəzintiyə gətirdiyi nişanlısını itirdi

Bakı bulvarında qəribə olay: gəzintiyə gətirdiyi nişanlısını itirdi
17:29 11 Yanvar 2015
218 Ölkə
Ölkə mətbuatı
A- A+

Axtarışlar nəticəsində qızı tapmaq mümkün olub

Bakıda 17 yaşlı qız itkin düşüb. Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl polisə müraciət edən Hacıqabul rayon sakini, 27 yaşlı Vüqar Əbilov (ad və soyadlar şərtidir) bildirib ki, nişanlısı Dənizkənarı Milli Park ərazisində itkin düşüb. Şikayətçi qeyd edib ki, Hacıqabul rayonunda qeydiyyatda olmaqla yaşayır və nişanlısı, 17 yaşlı Gülçöhrə Cəfərova ilə Bakı bulvarına gəzintiyə gəlib. Lakin Neftçilər prospekti 12 ünvanın qarşısında qız naməlum şəraitdə yoxa çıxıb.

 

Araşdırmalardan sonra 17 yaşlı qızın yeri müəyyən edilib və o ailəsinə təhvil verilib.

 

Qızın hansı şəraitdə itkin düşməsi və digər məsələlərlə bağlı açıqlama verilmir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR