ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Vaşinqton Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını açıqlayıb. Türkiyənin S-400 kompleksləri almasına mane olmağa çalışan Vaşinqtonun Ankaraya sürpriz təklifi ortaya çıxıb. Fransanın keçmiş prezidenti ətrafında yaranan korrupsiya qalmaqalı böyüməkdədir.
Ermənistanın parlamentli respublikaya keçməsi heç nəyi dəyişməyəcək. Bu sözlər britaniyalı araşdırmaçı Tomas de Vaalın məqaləsində yer alıb.
“Demək olar ki, heç nə dəyişməyəcək. Sərkisyanın çalışdığı Prezident Administrasiyasının binası prezident ofisi olaraq qalacaq, amma onun qarşısında başqa lövhə asılacaq. Bu mexanizm hakim elitaya hökumətdə qalmağa imkan verəcək. Sərkisyan 2008-ci ildən hakimiyyətdədir və təəssüf ki, Ermənistan bu zaman ərzində özünə yeni lider seçə bilmir.
Sərkisyan uzunmüddətli oyun oynayır. Onun dövründə xarici siyasət daha balanslı olub, lakin Rusiya yenə də əsas tərəfdaş olaraq qalır”, – deyə o bildirib.
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin almaqdan imtina etdirməyə çalışan ABŞ-ın Ankaraya sürpriz bir təklif etdiyi ortaya çıxıb. Təklifi Ankaraya ötən həftə ABŞ Dövlət Departamentində hərbi və diplomatik əlaqələr departamentindən məsul səfir Tina Kaydanov gətirib. Tina Kaydanov “Ankaraya cəlbedici təklifi təqdim edəcəyəm” söyləmiş, lakin təklifin detalları barədə məlumat verməmişdi. Təklifin detallarını isə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərindən biri açıqlayıb.
Türkiyənin təklifə hansı cavab verdiyi barədə detallı informasiya olmasa da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də Ankaraya səfər edən rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi bəyanat amerikalı diplomatın əliboş yola salındığını göstərir.