Müğənnilər Samir Cavadzadə ilə ABD Malik küsülü imiş.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər bu haqda "V element" verilişində deyib.
Malik Samirə "Maşın" şoudan sonra gözdən düşdüyünü deyib:
"Səninlə yaxşı dost idik. Amma realiti-şoudan sonra gözümdən düşdün. Dostluğu qorumadın. Mənə qarşı orada düzgün etmədin. Orada səni mənə qarşı yanındakılar döndərdi".
Samir isə Maliklə aralarındakı narazıçılığın səbəbini açıqlayıb:
"Malik orada dedi ki, guya mən içki içirəm və gedib başqalarına nələrsə danışıram. Sənin verilişdə işlətdiyin ifadədən sonra mənim də üzüm çöndü. Hələ də sənin içində qalıb o söhbəti".
Milli.Az