Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, XXII turun qarşılaşmaları iki gün davam edəcək.

Dövrənin ilk günündə iki qarşılaşma keçiriləcək. Birinci oyun Gəncədə baş tutacaq. Çempionatın autsayderləri "Kəpəz"lə "Keşlə" xal hesablarını artırmaq üçün mübarizə aparacaqlar.

Son 3 turda qələbə qazana bilməyən komandalar uğursuz seriyanı dayandırmağa çalışacaq.

İlk oyun günü "Qarabağ"la "Səbail" arasındakı matçla yekunlaşacaq. Çempionatın lideri Premyer Liqanın debütantını 4-cü dəfə məğlub etmək niyyətindədi.

1100-cü qolun astanasında olan Qurban Qurbanovun yetirmələri ardıcıl 2 heç-heçədən sonra azarkeşlərini 3 xalla sevindirmək istəyindədi.

4 turdu qələbə nə olduğunu bilməyən Samir Əliyevin yetirmələri isə son illərin çempionunun 13 matçlıq məğlubiyyətsiz seriyasını qırmağa köklənib.

Azərbaycan Premyer Liqası

XXII tur

7 aprel (şənbə)

15:00. "Kəpəz" - "Keşlə"

Mövsümün əvvəlki oyunları: 2:3, 2:0, 0:1

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu

17:30. "Qarabağ" - "Səbail"
Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 1:0

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
"Azərsun Arena"

Turnir cədvəli

1.

Qarabağ

21

15

5

1

31-8

50

2.

Qəbələ

21

12

4

5

35-21

40

3.

Sumqayıt

21

10

5

6

27-22

35

4.

Zirə

21

9

7

5

28-20

34

5.

Neftçi

21

9

3

9

26-22

30

6

Səbail

21

5

3

13

14-30

18

7.

Keşlə

21

4

5

12

18-33

17

8.

Kəpəz

21

3

2

16

13-36

11

Bombardir: Baqali Dabo ("Qəbələ") - 12

Milli.Az