Bakı sakinindən 1 kq heroin götürülüb

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Tağıyev saxlanılıb.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ondan çəkisi 1 kiloqram 50 qram narkotik vasitə olan heroin götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Quliyevdən isə şəxsi axtarış zamanı 450 qram marixuana aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR