ABŞ Suriyada 22 kritik nöqtəni DARMADAĞIN EDƏCƏK - Hücumun xəritəsi hazırlandı

ABŞ Suriyada 22 kritik nöqtəni DARMADAĞIN EDƏCƏK - Hücumun xəritəsi hazırlandı
10:13 10 Aprel 2018
64 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada Əsəd rejiminin həyata keçirdiyi kimyəvi silah hücumuna hərbi qarşılıq verməkdə israr edən ABŞ rejimə aid 22 kritik nöqtəni hədəfləyib.

Publika.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon rejimə aid 22 nöqtənin xəritəsini tərtib edib. Hədəflər arasında İran dəstəkli şiə milis mərkəzləri və içində Rusiya əsgərləri olan Xüms və Tarus hərbi bazaları var.

Vurulacaq hərbi bazalar mövzusunda Fransa, İngiltərə, ABŞ və İsrailin eyni koordinasiya daxilində hərəkət edəcəyi bildirilir. Suriya rejiminə aid qərargahların bombardmanı dəniz, hava və qurudan raket atəşləri ilə bərabər gerçəkləşdiriləcək.

Suriyalı beynəlxalq münasibətlər mütəxəssisi Zəkəriyyə Molahafçı ABŞ-ın detallı bir hədəf xəritəsi tərtib etdiyini, Suriyada 20-dən çox hərbi mövqeyi gələcək bir neçə gün ərzində vurmaya hazırlaşdığını təsdiq edib. O, bildirib ki, hədəflərin başında hərbi hava limanları var. Mütəxəssis qeyd edib ki, Xüms, Şam, Tartusla yanaşı, Haseki, Deyr-əz-Zor və Rakka sərhədləri daxilində olan bazalar da darmadağın ediləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/abs/237027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR