İngiltərədə yerləşən böyük qayalardan əmələ gələn Stounhenc abidələri gizliliyini hələ də sürdürür.

Metbuat.az xəbər verir ki, Mayk Pitts adlı mütəxəssis qayaların təbii olduğuna dair araşdırma aparıb. Günümüzdə İngiltərənin Wiltshire şəhərində yerləşən sirrli neolitik abidə arxeoloqlarda heyranlıq yaradır.

Stounhencin tam olaraq niyə inşa edildiyi hələ də məlum deyil. Yaxın müddətə qədər araşdırmaçılar abidənin ən böyük tək parça daşlarının təxminən 30 km uzaqlıqda kəsildiyini, daha sonra bilinməyən yollarla yerlərinə gətirildiyini bildirib. Ancaq başqa bir araşdırmaçı isə bunun tam olaraq doğru olmadığını qeyd edib.

"Iflscience" saytının xəbərinə görə, Mayk Pitsin tapıntıları (Bu tapıntılar və tədqiqat hesabatı "British Archaeology"də dərc olunub), Stounhencin ən məşhur monolit strukturlarının minlərlə ildir ki, eyni yerdə olduğunu göstərir.

1970-ci illərdə Pittə ən iri qayalardan biri olan "Daban daşı" ətrafında araşdırma aparmasına icazə verilib. Pitt daha sonra təkrar doldurulmuş 6 metrlik geniş miqyaslı bir çuxurun sübutlarını tapıb.

Bu çuxur dayanmaqda olan bir qayanı dəstəkləmək üçün çox geniş olub, ancaq ölçüləri (5.9 metr hündürlük-35 ton) "Daban daş"ı üçün doğru böyüklükdə idi. Pitts verdiyi açıqlamada qayanın uzaq bir yerdən deyil, yerləşdiyi çuxurun yaxınına daşındığını bildirib.

"Daban daş"ı digər daşlardan fərqli olaraq daş çəmbərindən uzaqdadır. Səbəbi isə ya düzgün formaya salınmamış ya da digər daşlar kimi dəyişdirilməmişdir.

Pitts və komandası abidənin ətrafında yer alan 16 nömrəli daş olaraq adlandırılan böyük bir qayanın yanında sonradan doldurulmuş başqa çuxur da tapıb. Bu daş da eynən "Daban daş"ı kimi böyük və şəkli dəyişirilməmiş formada olub. Bununla birlikdə Pitts 1970-ci illərdə apardığı araşdırmaları yeni geoloji sübutlarla da dəstəkləyib.

Aysel Yaqubqızı / Metbuat.az

.