Play Store

Azərbaycanla Bəhreyn arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanla Bəhreyn arasında siyasi məsləhətləşmələr keçirildi
18:53 10 Aprel 2018
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Bəhreyn Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bəhreyn Krallığı tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.
X.Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edərək Azərbaycanın Bəhreyn Krallığı ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Nazir müavini iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışan X.Xələfov Azərbaycan ilə Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektoru, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. Görüş əsnasında X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yarada biləcəyini nəzərə çatdırıb.

Şeyx Abdullah bin Əhməd Əl Xəlifə ətraflı məlumata görə dərin minnətdarlığını bildirib və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.
Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR