Bakıda "BMW" və "Volkswagen" toqquşdü

Bakıda "BMW" və "Volkswagen"  toqquşdü
05:49 11 Aprel 2018
150 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu ərazisində yol qəzası baş verib. APA-nın verdiyi xəbərə görə, avtoqəza Əcəmi Naxçıvani və Şövkət Məmmədova küçələrinin kəsişməsində qeydə alınıb.

 

Hadisə zamanı "BMW" və "Volkswagen" markalı minik maşınları toqquşub. Məlumata görə, "BMW" markalı avtomobil 8-ci mikrorayon istiqamətində hərəkətdə olarkən qarşıdan gələn "Volkswagen"in sürücüsü ona yol verməyib və qəfildən sola manevr etməklə qəzaya şərait yaradıb.

 

Yol qəzası nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisənin təfərrüatları araşdırılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR