Abşeronda quldurluq edən yeniyetmələr tutuldu

Abşeronda quldurluq edən yeniyetmələr tutuldu
12:24 11 Aprel 2018
46 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda quldurluq törədilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu il fevralın 20-də Abşeron rayonunun Güzdək qəsəbə sakini Mələk Məhərrəmova RPİ-yə müraciət edərək cari il yanvarın 23-də həyətinə girmiş 2 naməlum şəxsin onu gördükdə hadisə yerini tərk etməsini bildirib.

 

Araşdırmalarla həmin şəxslərin M.Məhərrəmovanı bıçaqla hədələyib pul tələb etməsi müəyyən edilib.

 

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıblar.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR