Qəbələyə dəmir yolu xətti çəkilir

Qəbələyə dəmir yolu xətti çəkilir
13:03 11 Aprel 2018
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb.

Bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.

"Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir", - o qeyd edib.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: "Nargilə" kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək". (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/237188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR