“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov prezident seçkilərində səsvermədə iştirak edib.

Metbuat.az xəbər verir ki, Cavid Qurbanov 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib.

Səsvermədən sonra C.Qurbanov bildirib ki, seçki tam şəffaf şəraitdə keçir və xalqımız öz iradəsini sərbəst şəkildə ifadə edir.

Cavid Qurbanov səsverməyə nəvələri ilə gəlib