18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının 7 saylı seçki məntəqəsində gözdən əlil və fiziki qüsurlu şəxslər üçün rahat şərait yaradılıb, pandus quraşdırılıb, xüsusi trafaretlər gətirilib.

Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi Vaqif Vəliyev söyləyib. O deyib: "Ölkəmizdə keçirilən bütün seçkilərdə fəal iştirak edirəm. Bugünkü prezident seçkilərində bir vətəndaş kimi borcumu yerinə yetirdim. Özüm gözdən əlil olsam da, xalqımızın, dövlətimizin işıqlı gələcəyi üçün səs verdim. Əminliklə deyə bilərəm ki, seçkilər demokratik və şəffaf keçirilir".

Milli.Az