Latviyalı müşahidəçi: "Azərbaycanda keçirilmiş prezident seçkilərində tərəfimizdən pozuntu qeydə alınmayıb"

Latviyalı müşahidəçi: "Azərbaycanda keçirilmiş prezident seçkilərində tərəfimizdən pozuntu qeydə alınmayıb"
20:47 11 Aprel 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçirilmiş prezident seçkilərində tərəfimizdən pozuntu qeydə alınmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Latviya parlamentinin üzvü Roman Naudinş deyir.

R.Naudinş qeyd edib ki, Azərbaycanda məhdud imkanları olan şəxslərin səs verə bilməsi üçün bütün şərtlər yaradılıb:

"İnfrastruktur bu cür şəxslərə səsvermədə iştirak etməyə imkan verib, onlara hər cür dəstək göstərilib. Vətəndaşların evdən səs verməsi üçün də şərait təmin olunmuşdu. Onu da qeyd edim ki, veb-kameraların köməyi ilə seçki prosesini ölkə xaricindən də müşahidə etmək mümkün olub".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR