Gürcü parlamentari: Azərbaycanda prezident seçkiləri demokratik keçdi

Gürcü parlamentari: Azərbaycanda prezident seçkiləri demokratik keçdi
21:38 11 Aprel 2018
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda prezident seçkiləri prosesi demokratik Avropa standartlarına uyğun keçdi.

Bunu mətbuat konfransında Gürcüstan parlamenti sədrinin müavini Zviad Dzidziquri deyib.

Sədr müavini bildirib: “Qeyd etmək istərdim ki, seçki prosesi sakit keçdi, biz seçicilərin yüksək fəallığını müşahidə etdik. Məntəqələrdə bütün namizədlərin müşahidəçiləri var idi ki, onlar prosesin demokratik keçməsindən əmin ola bilərdi”.

Z.Dzidziquri onu da əlavə edib ki, seçkilər zamanı qüsurlar qeydə alınmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR